"Real" komandanın kapitanı Serxio Ramosla müqavilə yeniləyir. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, Madrid klubu oyunçuya sözləşməni 2022-ci ilin yayına qədər uzatmağı təklif edib. İspaniyalı müdafiəçinin "Real"da oynamaq istədiyi və təklifi qəbul edəcəyi vurğulanıb.

Qeyd edək ki, Ramosun klubla hazırkı müqaviləsi 2021-ci ildə başa çatır.              

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest