Avrokubokların qrup mərhələsinin V turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda bəzi dəyişikliklərə səbəb olub.

İlk "yüzlük"dəki yeganə Azərbaycan klubu, ölkə çempionu "Qarabağ"ın mövqeyi dəyişməyib. Avropa Liqasının ev oyununda "Sportinq"ə 1:6 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələrinin xal hesabı sabit qalıb. Aktivində 22,000 xal olan komanda 64-cü yeri bölüşür.

Lakin "Qarabağ"a şəriklərin sayı artıb. "Lester" (İngiltərə), "Feyenoord"la (Hollandiya) və "Valensiya"ya (İspaniya) daha bir komanda qoşulub. Bu, Belçika təmsilçisi "Genk"di. İsveçdə "Malmö" ilə heç-heçə edən belçikalılar 64-68-ci yerlərə şərik çıxıb.

"Qarabağ" və qonşuları

56. "İnter" (İtaliya) – 25,000

57-58. "Legiya" (Polşa) – 24,500

"Dinamo" (Zaqreb, Xorvatiya) – 24,500

59. "Dnepr" (Ukrayna) – 24,000

60-61. PAOK (Yunanıstan) – 23,500

BATE (Belarus) – 23,500

62-63. "Styaua" (Rumıniya) – 23,000

"Sent-Etyenn" (Fransa) – 23,000

64-68. "Valensiya" (İspaniya) – 22,000

 "Qarabağ" (Azərbaycan) – 22,000

"Feyenoord" (Hollandiya) – 22,000

"Lester" (İngiltərə) – 22,000

"Genk" (Belçika) – 22,000

69-70. "Qalatasaray" (Türkiyə) – 21,500

"Rapid" (Avstriya) – 21,500

71. "Leypsiq" (Almaniya) – 21,000

ölkəmizin digər klublarının mövqeyi dəyişməz qalıb. "Qəbələ" 163-cü sıraya şərikdi. Digərləri isə 273-cü yeri bölüşür.

Digər Azərbaycan klubları

163-164. "Qəbələ" (Azərbaycan) – 6,250

273-276. "Keşlə" (Azərbaycan) – 3,700

"Neftçi" (Azərbaycan) – 3,700

"Zirə" (Azərbaycan) – 3,700

"Kəpəz" (Azərbaycan) – 3,700

Avropa Liqasının qrupunda "Qarabağ"ın rəqiblərindən yalnız "Vorskla"nın mövqeyi dəyişməyib. "Arsenal" 1 pillə geriləyib. Bakıda "Qarabağ"ı 6:1 hesabı ilə yenən "Sportinq" isə üç addım irəliləyib.

"Qarabağ"ın rəqibləri

10. "Arsenal" (İngiltərə) – 84,000

31. "Sportinq" (Portuqaliya) – 47,000

146. "Vorskla" (Ukrayna) – 7,580

Avropanın 10 ən yaxşı klubunun siyahısında da dəyişikliklər olub. "Real" zirvədə qalıbsa, "Bavariya" 2-ci yerdəki "Bavariya"ya şərik olub. PSJ-ni arxada qoyan "Mançester Siti" 6-cı pillədəki "Sevilya"ya çatıb. "Arsenal" isə 9-cu pilləni "Porto"ya verib.

İlk "onluq"

1. "Real" (İspaniya) – 144,000

2-3. "Barselona" (İspaniya) – 126,000

"Bavariya" (Almaniya) – 126,000

4. "Atletiko" (İspaniya) – 124,000

5. "Yuventus" (İtaliya) – 120,000

6-7. "Sevilya" (İspaniya) – 97,000

"Mançester Siti" (İngiltərə) – 97,000

8. PSJ (Fransa) – 94,000

9. "Porto" (Portuqaliya) – 88,000

10. "Arsenal" (İngiltərə) – 84,000

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest