"Mançester Yunayted"in sabiq futbolçusu Toni Dann vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 78 yaşlı keçmiş müdafiəçinin ölüm səbəbi açıqlanmayıb.
 
Dann, 1960-1973-cü illər aralığında "Mançester Yunayted"də çıxış edib. O, "qırmızı şeytanlar"la 500-dən çox rəsmi oyunda iştirak edib.
 
İrlandiya milli komandasında da 33 oyuna çıxan Dann, "Şelburq", "Bolton" və "Detroit Ekspress" klublarında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest