Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
"Saarbrüken" doğma meydanda "Bayer"lə qarşılaşıb. Rəqib qapısından 3 cavabsız top keçirən Leverkuzen təmsilçisi ilk finalçı olub.
 
Digər finalçının adına "Bavariya" - "Ayntraxt" matçında aydınlıq gələcək.
 
Almaniya kuboku
Yarımfinal
9 iyun
 
Saarbrüken – Bayer 0:3
Qol: Diabi, 11. Alario, 19. Bellarabi, 58.
 
10 iyun
 
22:45. Bavariya - Ayntraxt

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest