"Kevin Medina ilə aylar öncə danışıq aparırdıq. Oyunçunun özü və klubu ilə razılıq əldə olunmuşdu"

Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  "Sabah"a qarşı keçirilən yoxlama görüşünün (5:0) ardından "CBC Sport"a açıqlamasında deyib. 48 yaşlı mütəxəssis qarşıdakı transferlərdə müəyyən çətinliklər olacağını və vəziyyətə görə addım atacaqlarını bildirib.

Qeyd edək ki, Medina ötən mövsüm Portuqaliyanın "çaveş" klubunda çıxış edib. Medina daha öncə sözügedən ölkənin "Akademiko Vizeu", "Pinhalnovenze", "Sintrenze", "Moura" və "Naval" klublarının formasını geyinib.

Xatırladaq ki, Ağdam klubu koronavirus pandemiyası səbəbindən yaranan fasilədə Maqaye Geye ilə yollarını ayırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest