Serbiyanın "Borats" klubunun futbolçuları aclıq aksiyasına başlayıblar.
 
Matc.az xəbər verir ki, buna səbəb futbolçuların məvaciblərini ala bilməməsidi.
 
"Borats"ın sahibləri borclarına görə klubu dağıdıblar. Onlar "Provo"nu alıb və adını dəyişdirib "Borats 1926" qoysalar da, keçmiş futbolçularının pullarını ödəmək istəmirlər.
 
"Borats"ın 25-ə yaxın futbolçusu gecə şəhərin icra hakimiyyəti binasının önündə etiraz aksiyası keçirib.
 
"Mançester Yunayted"in serbiyalı futbolçusu Nemanya Matiç də etiraz edən oyunçulara dəstək olub və "siz tək deyilsiz, mən də yanınızdayam" deyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest