"Sabah"a təşəkkür borcluyam, bunu həmişə deyəcəm. Hazırda komandamla müqaviləm var. Ancaq əlbəttə ki, böyük klublarda oynmaq hədəfim var"

"Beşiktaş" böyük bir klubdur, mənim də ciddi hədəflərim var. Ancaq bu gün rəsmi bir təklif yoxdur.  Açığı, bu işlərlə çox məşğul olmuram. Bu iddialara da fikir vermirəm. çünki artıq çempionat başlamaq üzrədir. Bütün fikirimi ona yönəltmişəm"

Bu sözləri matc.az saytına "Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökcü deyib. U-21 millimizin üzvü paytaxt klubunda xoşbəxt olduğunu bildirib:  "Sabah"a təşəkkür borcluyam, bunu həmişə deyəcəm. Hazırda komandamla müqaviləm var. Ancaq əlbəttə ki, böyük klublarda oynamaq istəyirəm. Lakin bütün bunlar rəsmi təklif gəldiyində "Sabah"la danışdıqdan sonra olacaq. Mən futbol həyatımda Türkiyədə belə çox pisliklər görmüşəm. Şükür ki, burada hər şey qaydasındadır. Əgər nə vaxtsa ayrılmaq istəsəm, "Sabah"la məsləhətləşib sonra qərar verəcəm".

Qeyd edək ki, Türkiyə mətbuatı 21 yaşlı futbolçunun "Beşiktaş"ın maraq dairəsində olduğunu iddia edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest