Almaniya kubokunun yarımfinal mərhələsində "Bavariya" "Ayntraxt"a 2:1 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu qarşılaşmada münhenlilərin hücumçusu Robert Levandovski yeni rekorda imza atıb.
 
Komandasının ikinci qolunun müəllifi olan polşalı futbolçu, mövsüm ərzində vurduğu qolların sayını 45-ə çatdırıb. Bu nəticəyə 39 oyunda çatan Levandovski şəxsi rekordunu yeniləyib.
 
Onun daha əvvəlki rekordu 2016-2017-ci illər mövsümündə qeydə alınmışdı. Həmin vaxt Levandovski 47 oyunda 43 qolla yadda qalmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest