İngiltərənin "Şeffild Yunayted" klubu iki futbolçusu ilə müqavilə yeniləyib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Oliver Norvud və hücumçu Billi Şarpla yeni müqavilə bağlayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şarpla müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb. Norvud isə 2023-cü ilin yayına qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.
 
2015-ci ildən "Şeffild Yunayted"də çıxış edən Şarp, indiyə qədər bu komandada meydana çıxdığı 197 oyunda 93 qola imza atıb. 34 yaşlı ingilis forvard bu mövsüm 21 oyunda 4 qolla yadda qalıb.
 
Norvud isə 2018-ci ildən "Şeffild Yunayted"də oynayır. İngiltərədə anadan olsa da, Şimali İrlandiya yığmasının formasını geyinən 29 yaşlı futbolçu, Premyer Liqa təmsilçisində indiyə qədər 70 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest