İspaniya millisinin keçmiş baş məşqçisi Visente Del Boske "Qızıl top" mükafatı ilə bağlı fikrini bölüşüb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu ada "Barselona"nın kapitanı Lionel Messini layiq görür.

O, Messinin ilk 3 namizəd arasında olmayacağı ilə bağlı yayılan xəbərləri təəccüblə qarşılayıb: "Messinin ilk "üçlük"də olmamağına təəccübləndim. Hesab edirəm ki, bu mükafat dünyanın ən yaxşı futbolçusuna verilmədikdə dəyərini itirir. Bir qədər qəribədi".

Del Boske bığını qırxmasına da aydınlıq gətirib: "Bığımı niyə qırxdım? 45 ildən sonra belə bir qərara gəldim. Bacardığım qədər müqavimət göstərdim".

Qeyd edək ki, "Qızıl top" mükafatı dekabrın 3-də sahibini tapacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest