Zlatan İbrahimoviç "Milan"la müqavilə uzatmaq niyyətindədir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyası klubu hələlik oyunçunun bu istəyi ilə razılaşmır.

Bildirilir ki, 38 yaşlı hücumçu gələcək karyerası ilə bağlı  "Milan" rəhbərliyindən cavab gözləyir. Ancaq klub koronavirus pandemiyasının yaratdığı qeyri-müəyyənlik səbəbindən mövsüm sonuna qədər gözləmək istəyir. İbrahimoviç isə yaxın vaxtlarda müqavilə məsələsini həll etmək niyyətindədir. O, "Milan"dan illik 4 milyon avro tələb edir.

Qeyd edək ki, isveçli forvard 2019/20 mövsümündə 8 matçda iştirak edib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest