PSJ futbolçusu Erik çupo-Motinqlə yollarını ayıracaq.
 
Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
 
Xəbərdə, PSJ-nin 31 yaşlı futbolçunun müddəti bitən müqaviləsini yeniləməyəcəyi bildirilib.
 
Erik çupo-Motinqin sözləşməsi bu ayın sonuna qədərdir. Kamerunlu hücumçu azad agent olacaq. Erik, 2018-ci ilin avqustundan PSJ-də çıxış edirdi.
 
PSJ-nin müdafiəçisi Tiaqo Silva ilə də yollarını ayıracağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest