"Bavariya"nın sabiq futbolçusu Aryen Robben Münhen klubunun bazasında məşqlərə başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, o, ötən gün məşqçi Holger Broyxun rəhbərliyi altında təxminən 1 saat hazırlıq keçib.
 
Xatırladaq ki, Robben ötən yay karyerasını başa vurub. Lakin Niderland millisinin sabiq üzvü bir neçə ay öncə karyerasını başa vurduğu üçün təəssüfləndiyini və yenidən oynamaq haqda düşündüyünü dilə gətirmişdi. "Bild" nəşrinin iddiasına görə isə, Robben karyerasını bərpa etməyi planlaşdırmır, o, sadəcə özünü formada saxlamaq üçün məşq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest