Premyer Liqa təmsilçilərimiz bu gün növbəti yoxlama oyunlarını keçiriblər.
 
Matc.az xəbər verir ki, günün iki qarşılaşması eyni saatda start götürüb. Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra ilk sınaq matçında "Keşlə"yə 3:1 hesabı ilə qalib gələn "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Bu görüşdə hesabı əyalət təmsilçisi açsa da, sonda meydan sahibləri əzmkar qələbəyə seviniblər.
 
İlk sınaq oyununda "Qarabağ"a 0:5 hesabı ilə uduzan "Sabah" bu səfər "Zirə" ilə qarşılaşıb. "Bank Respublika Arena"dakı matçın taleyini son dəqiqədə vurulan bir qol həll edib. "Sabah" Ceyhun Nuriyevin vurduğu qolla meydanı qalib tərk edib.
 
Günün son qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail"lə üz-üzə gəlib. Qarşılaşma üç hissədən ibarət olub. Belə ki, komandalar arasındakı razılığa əsasən, bu matçda ilk 90 dəqiqə bitəndən sonra 3-cü hissə də oynanılıb. Lakin əlavə hissə 45 yox, 30 dəqiqə davam edib. Yeri gəlmişkən, ilk 90 dəqiqəni Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edibsə, son 30 dəqiqəni Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Oyuna gəlincə, hesabı "Səbail" açıb. Amma qalan dəqiqələrdə dörd qol vuran Ağdam təmsilçisi əzmkar qələbəyə sevinib.
 
Qeyd edək ki, bu günə "Sumqayıt" və "Keşlə" komandaları arasında da yoxlama oyunu nəzərdə tutulsa da, sonuncular oynamaqdan imtina etdiyi üçün görüş baş tutmayıb.
 
13 iyun
 
Yoxlama oyunları
 
"Neftçi" - "Qəbələ" 2:1
Qol: Mirabdulla Abbasov, 40. Dario Federiko, 63 - Rövlan Muradov, 26.
"Bakcell Arena".
 
Neftçi: Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivotsyuk, Namiq Ələsgərov, Emin Mahmudov (k), Baqali Dabo, Tural Axundov, Stiven Jozef-Monroz, Mamadu Kane, Saman Nərimancahan, Soni Mustivar.
 
Qəbələ: Anar Nəzirov (k), Faiq Hacıyev, Amin Seydiyev, Sadiq Quliyev, Murad Musayev, Qismət Alıyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Abdelrafik Jerar, Rövlan Muradov, Nikolas Raysel.
 
 
 
"Sabah" - "Zirə" 1:0
Qol:
Ceyhun Nuriyev, 90.
"Bank Respublika Arena"

Sabah: Saşa Stamenkoviç, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Filip İvanoviç, Təmkin Xəlilzadə, Mario Marina, Yevgeni Koçuk, Rəşad Eyubov, Ozan Can Kökçü, Ramil Şeydayev, Xulio Rodriqes.
 
Zirə: Emil Balayev, Alie Sesay, Elvin Camalov, Alvaro Ampuero, Ağabala Ramazanov, Davit Volkov, Bəxtiyar Həsənalızadə, George Anton, Riçard Qadze, Şafik Tiqrudca (k), Rauf Hüseynli.
 

"Qarabağ" - "Səbail" 4:1
Qol: Mahir Emreli, 24. Ovusu Kvabena, 42. Qara Qarayev, 90. Filip Ozobiç, 116 - Bahadur Həziyev, 9.
Tofiq Bəhramov adına Respubliika Stadionu.
 
Qarabağ: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Xayme Romero, Mahir Emreli, Rəşad Sadıqov (k), Abdullah Zubir, İsmayıl İbrahimli, Ovusu Kvabena, Abbas Hüseynov, Bədavi Hüseynov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest