İsveçrə Prokurorluğu FİFA-nın sabiq prezidenti Yozef Blatter barəsində yeni araşdırmaya başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Associated Press" bildirib.
 
Blatter təşkilatın fondundan 1 milyon avronu xərcləməkdə şübhəli bilinir. Agentliyin məlumatına görə, o, 2010-cu ilin aprelində FİFA adından Trinidad və Tobaqonun Futbol Assosiasiyasının kreditini ödəyib. Qeyd edilir ki, faizsiz borc sonra silinib.
 
Həmçinin bildirilir ki, işdə FİFA-nın o zamankı daha iki məmurunun – baş katib Jerom Valkenin və maliyyə direktoru Markus Kattnerin adları var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest