İngiltərənin "Norviç" klubunun bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirusa yoluxan futbolçunun adı açıqlanmır.
 
Adı açıqlanmayan futbolçu, 7 günlük izolyasiyadan sonra yenidən test verəcək. Nəticə mənfi olsa, o, yenidən məşqlərə başlaya biləcək.
 
BBC, koronavirus aşkarlanan futbolçunun "Tottenhem"lə yoxlama matçında iştirak etdiyini bildirib. İyunun 12-də keçirilən matçda "Norviç" 2:1 hesabıyla qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest