Qərar 2020-21 mövsümündən etibarən qüvvəyə minəcək. Həmin ildən başlayaraq hər klub mövsüm ərzində 6 və ya 8-dən çox oyunçu icarəyə verə bilməyəcək.

FİFA oyunçuların icarə qaydalarında dəyişiklik etməyi planlaşdırır. Matç.az saytının "Times" qəzetinə istinadən məlumatına görə, icarə müqavilələri məhdudlaşdırılacaq.

Artıq bununla bağlı razılıq da əldə edilib və qərar 2020-21 mövsümündən etibarən qüvvəyə minəcək. Həmin ildən başlayaraq hər klub mövsüm ərzində 6 və ya 8-dən çox oyunçu icarəyə verə bilməyəcək. Həmçinin iki klub arasında 2-dən artıq icarə sözləşməsi imzalanmayacaq. Bu qaydalar futbolçuların maliyyə potensiallarını ortaya çıxarmaqda kömək olacaq. Eyni zamanda gənclərə çox güvənməyən klubları ya onlara şans verməyə, ya da birdəfəlik satmağa vadar edəcək.

Maraq üçün əlavə edək ki, "çelsi" klubunun hazırda 39 futbolçusu digər klublarda icarədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest