"Neftçi"nin hücumçusu Baqali Dabo "Qarabağ"ın formasını geyinib.
 
Matc.az xəbər verir ki, fransız futbolçunun Ağdam klubunun formasındakı fotosunu həyat yoldaşı paylaşıb.
 
Bu isə paytaxt təmsilçisinin düşərgəsində birmənalı qarşılanmayıb. Xüsusilə, "ağ-qaralar"ın fanatları bununla əlaqədar Dabonu tənqid ediblər, klub rəhbərliyinin təcili bu məsələyə aydınlıq gətirməli olduğunu vurğulayıblar.
 
Xatırladaq ki, Dabonun "Neftçi"dən bu ayın sonunda ayrılması gözlənilir. Kiprin "Apollon" klubuna keçidi gündəmdə olan forvard daha öncə "Qəbələ"də də forma geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest