Almaniyanın "Kayzerslautern" klubu müflis olub.
 
Matc.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.
 
Xəbərdə, klubun 20 milyon avrodan çox borcu olduğu bildirilir. 3-cü Bundesliqada çıxış edən klub yeni mövsüm üçün də lizensiya almalıdır və buna görə daha 15 milyon avroya ehtiyac var. "Kayzerslautern"in artıq bu gündən iflas proseduruna başladığı bildirilir.
 
"Kayzerslautern" 4 dəfə Almaniya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest