Futbol üzrə çexiya 2-ci divizionunda 23-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Trineç"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 2-ci dəqiqədə Nəbiyev vurub. Bununla da o, çempionatın cari mövsümündə ikinci qoluna imza atıb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
 
"Viktoriya" hazırda 41 xalla 16 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest