Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan "Qolden boy" ("Qızıl oğlan") mükafatına namizədlər açıqlanıb.
 
Matc.az xəbər verir ki, İtaliyanın "Tuttosport" nəşrinin verdiyi mükafat üçün ilk olaraq 100 oyunçudan ibarət siyahı hazırlanıb. 
 
Siyahıda Türkiyə millisinin və Almaniyanın "Şalke" klubunun müdafiəçisi Ozan Kabak da yer alıb.
 
Məşhur futbolçulardan Erlinq Haland, Ceydon Sanço (hər ikisi "Borussiya", Dortmund, Almaniya), Alfonso Devis ("Bavariya", Almaniya"), Fil Foden ("Mançester Siti", İngiltərə), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Kallum Hadson-Odoi ("çelsi", İngiltərə), Rodriqo və Vinisius Junior ("Real", İspaniya) kimi futbolçular bu mükafatı qazanmağa əsas namizədlərdən hesab olunur.
 
Mükafata namizəd olacaq 20 futbolçudan ibarət yeni siyahı oktyabrın 15-də açıqlanacaq.
 
Qeyd edək ki, 2019-cu ildə bu mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joao Feliks layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest