"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo "Liverpul"a qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu braziliyalı futbolçunu mersisaydırlılara satmaq variantını nəzərdən keçirir. "Qırmızılar" Koutinyonu icarəyə götürmək təklifini qəbul etmir.

"Liverpul" rəhbərliyi baş məşqçi Yurgen Kloppun razılığı olarsa, 28 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer edə bilər. Mövsümü icarə əsasında "Bavariya"da keçirən Koutinyo yenidən "Barselona"ya qayıdacaq.

Qeyd edək ki, braziliyalı futbolçu 2018-ci ildə "Liverpul"dan Kataloniya klubuna transfer olub. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest