NBA-nın ulduzlarından olan Kevin Durant futbol klubunun sahiblərindən biri olub.
 
Matc.az xəbər verir ki, "Bruklin Nets"in basketbolçu MLS təmsilçisi "Filadelfiya Union"un səhmlərinin 5 faizini alıb.
 
Klubun mətbuat xidməti bununla bağlı rəsmi açıqlama yararaq məlumatı təsdiqləyib.
 
Durantın futbol klubundakı payı ən azı 16,25 milyon dollar qiymətləndirilir. Onun klubun səhmlərinin daha 5 faizini almaq hüququ olduğu vurğulanıb.
 
Qeyd edək ki, "Filadelfiya Union" 2010-ci ildən MLS-də mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest