İngiltərənin "Tottenhem" klubu koronavirus səbəbiylə dayandırılan Premyer Liqanın bərpasından sonra keçirəcəyi "Mançester Yunayted"lə oyunda azarkeşlərin iştirakını təmin edəcək.
 
Matc.az xəbər verir ki, klub videoçəkiliş vasitəsilə azarkeşlərin stadiondan oyunu izləməsini təşkil edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, oyun zamanı stadionda böyük ekranlar quraşdırılacaq və tərəfdarlar "Zoom" proqramına qoşularaq, London klubunu dəstəkləyə biləcək. Bu şansdan mövsümlük biletə sahib olan azarkeşlər istifadə edə biləcək.
 
"Tottenhem" – "Mançester Yunayted" oyunu iyunun 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest