İngiltərənin "Bristol Siti" klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə komanda üzvlərindən birinin analizinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. İnfeksiyaya yoluxan şəxsin kimliyi açıqlanmasa da, onun xəstəliyi simptomsuz keçirdiyi bildirilib. Həmin şəxsin artıq karantinə alındığı vurğulanıb. Klubun digər nümayəndələrində isə virus aşkarlanmayıb.
 
Qeyd edək ki, martda pandemiyaya görə dayandırılan çempionşip iyunun 20-də bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest