Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Fənərbaxça" doğma meydanda "Trabzonspor"la qarşılaşıb. Səfərdə 1:2 hesabıyla məğlub olan İstanbul klubu bu rəqibinə evdə də uduzub və finala Trabzon təmsilçisi yüksəlib.
 
Digər finalçının adına "Alanyaspor" - "Antalyaspor" matçında aydınlıq gələcək.
 
Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
16 iyun
 
Fənərbaxça – Trabzonspor 1:3 (ilk oyun 1:2)
Qol: D.Turuc, 42 – Sorlot, 6; 83. Novak, 90+4. 
 
17 iyun
 
21:45. Alanyaspor – Antalyaspor (1:0)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest