Argentinalı görüşün 62-ci dəqiqəsində penaltidən fərqlənib. Bununla da Messi İspaniyada 56-cı penaltisini yerinə yetirib və Uqo Sançeslə birlikdə La Liqa tarixinin ən çox on bir metrlik cərimə zərbəsi vuran ikinci futbolçusu olub.

İspaniya La Liqasının 29-cu turunda "Barselona" evdə "Leqanes"lə qarşılaşıb (2:0).  Matc.az xəbər verir ki, Kataloniya klubunun kapitanı Lionel Messinin bu görüşdə vurduğu qol əlamətdar olub.

Argentinalı görüşün 62-ci dəqiqəsində penaltidən fərqlənib. Bununla da Messi İspaniyada 56-cı penaltisini yerinə yetirib və Uqo Sançeslə birlikdə La Liqa tarixinin ən çox on bir metrlik cərimə zərbəsi vuran ikinci futbolçusu olub.

İlk sırada isə "Real"ın sabiq futbolçusu Kristiano Ronaldo var. Portuqaliyalı La Liqada 61 penalti ilə birinci sıradadır.

Bununla yanaşı, Lionel Messi dünənki oyunda fərqlənməklə karyerasındakı 699-cu qolu vurub. O, bu qolların 629-nu "Barselona"nın, 70-ni isə Argentina milli komandasının heyətində vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest