"Biz çempionuq. Əlbəttə, azarkeşsiz qeyd etmək çətindir. Əlavə ehtiras yoxdur. Ancaq yenə də çox məmnunuq. Bu mövsüm asan olmadı, uzun müddət titul uğrunda mübarizə apardıq"

"Bavariya"nın hücumçusu Robert Levandovski komandasının qazandığı növbəti çempionluqdan danışıb. Matc.az xəbər verir ki, polşalı futbolçu "Verder"ə qarşı aldıqları qələbədən sonra (1:0) sevinclərini azarkeşlərlə yaşamaq istədiklərini bildirib:

"Biz çempionuq. Əlbəttə, azarkeşsiz qeyd etmək çətindir. Əlavə ehtiras yoxdur. Ancaq yenə də çox məmnunuq. Bu mövsüm asan olmadı, uzun müddət titul uğrunda mübarizə apardıq. ümid edirəm ki, yaxın vaxtlarda çempionluğumuzu azarkeşlərlə birlikdə qeyd etməyimizə icazə veriləcəkdir. İlk hissədə rəqib müdafiədə oynadı. Qol vurmalı idik və bunu bacardıq.  Almaniyanın ən yaxşı komandası olduğumuzu göstərdik. çempionlar Liqasında daha da güclü oynamaq istəyirik".

Qeyd edək ki, Münhen klubu bu oyunda minimal hesabla qələbə qazanmaqla ardıcıl 8-ci, bütövlükdə isə 30-cu çempionluğunu rəsmiləşdirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest