Milli liqalarda uzun müddət ard-arda çempion olan komandaların adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda son Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ"ın da adı var.

Araşdırmaya əsasən, Şotlandiyanın "Seltik" komandası hamını qabaqlayır. "Ağ-yaşıllar" 9 ildir ölkə çempionu adını qazanmağı bacarırlar. İkinci sırada isə "Bavariya" yer alıb. Münhen təmsilçisi dünən rəsmiləşdirdiyi çempionluqla 8 ildir ardıcıl eyni uğuru təkrarlayır.

Bundesliqa klubu ilə yanaşı, "Ludoqorets" (Bolqarıstan) və TNS (Uels)  komandaları da son 8 ildə ölkələrinin birincisi olmağı bacarıblar. Onlardan bir il geridə qalan APOEL-in üst-üstə 7 çempionluğu var.

Siyahıdakı təmsilçimiz "Qarabağ" isə altı ildir ard-arda Azərbaycan çempionu adını qazanır. Ağdam klubu "Astana", "İstiqlal" (Düşənbə) və "Zalsburq" klubları ilə birgə eyni göstəriciyə sahibdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest