Avrokubokların 2020-2021 mövsümünün başlama tarixi məlum olub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Avroliqanın təsnifat mərhələsi 18-19 avqustda, çempionlar Liqasında yeni mövsüm isə 25-26-da başlayacaq.

Təsnifat mərhələlərinin bütün görüşləri bir oyundan ibarət olacaq. Ev sahibi komanda isə püşkatma ilə bəlirlənəcək. Hər iki qərar bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclasında rəsmiləşəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi çempionlar Liqasında, 2-ci ,3-cü yerlərin sahibləri və ölkə kubokunun qalibi Avroliqada mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest