AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları dəqiqləşib. Matc.az "Sky Sport"a istinadən xəbər verir ki, UEFA turnirin 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib.

AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları dəqiqləşib. Matc.az "Sky Sport"a istinadən xəbər verir ki, UEFA turnirin 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib.

Koronavirus pandemiyası səbəbindən gələn il oynanılacaq Avropa çempionatı nəzərdə tutulduğu kimi, Roma, Bakı, Kopenhagen, Münhen, London, Dublin, Amsterdam, Buxarest, Sankt-Petreburq, Qlazqo, Bilbao və Budapeşt şəhərlərində baş tutacaq.

UEFA İcraiyyə Komitəsinin bu gün keçiriləcək iclasdan sonra bununla bağlı məlumat yayacağı bildirilir.

Qeyd edək ki, AVRO-2020-nin matçları 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest