çempionlar Liqası "səkkizlər finalı" formatında keçirləcək. Matc. az xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Gorgio Marketti məlumat verib.

O bildirib ki, çL-nin dörddəbir və yarımfinal matçları 12-23 avqust tarixində Portuqaliyada keçiriləcək. Final qarşılaşması isə Lissabon şəhərində baş tutacaq.

UEFA rəsmisi 1/8 final mərhələsinin cavab qarşılaşmalarının 7-8 avqusta oynanacağına qərar verildiyini açıqlayıb. Lakin o, bu görüşlərin Portuqaliyada, yoxsa həmin komandaların stadionlarında oynanılıb-oynanılmamasının dəqiqləşmədiyini sözlərinə əlavə edib.

Əgər 1/8 final görüşləri də Portuqaliyada keçirilsə, o zaman bu ölkənin Qimaraynş şəhərinin də siyahıya əlavə ediləcəyini vurğulayıb.

Qeyd edək ki, UEFA 2020-21 mövsümünün çempionlar Liqası finalını İstanbulda keçirilməsinə qərar verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest