Topaz Premyer Liqasının VII turunun "Qəbələ" ilə qarşılaşması (1:0) "Zirə"nin qapıçısı Anar Nəzirov üçün əlamətdar olub. Matç.az saytı xəbər verir ki, milli üzvü mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb.

 

Bu, qolkiperin "Zirə"nin heyətində Azərbaycan çempionatında keçirdiyi yubiley – 25-ci "quru" oyun kimi tarixə düşüb. Nəzirov 2015/16 mövsümündə 14, 2016/17 mövsümündə 6, ötən çempionatda isə 4 dəfə meydanı qol buraxmadan tərk etmişdi. Cari mövsümün ilk uğuru ilə bu rəqəm 25-ə çatıb. Onun ilk belə matçı 2015-ci il avqustun 9-da AZAL-la ev oyununa (1:0) təsadüf edib.

 

Qeyd edək ki, Anar Nəzirov "Zirə"nin heyətində ümumilikdə 27 "quru" oyun keçirib. Digər iki matç UEFA Avropa Liqasında təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest