"Roma" baş məşqçi Eusebio Di Françeskodan narazıdı. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis istefaya göndərilə bilər.

Paytaxt klubunun rəsmiləri bu posta yeni namizədi də artıq müəyyənləşdirib. Belə ki, rəhbərlik komandanı Vinçentso Montellaya həvalə etmək fikrindədi. Di Françesko artıq dekabrın 2-də qovula bilər. Komanda həmin gün A seriyasının XIV turunda "İnter"ə məğlub olsa, onunla yollar ayrılacaq.

Qeyd edək ki, 1999-2009-cu illərdə "Roma"nın formasını geyinmiş 44 yaşlı Vinçentso Montella baş məşqçi kimi "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya"da çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest