Koronavirus pandemiyasına görə martdan dayandırılan İngiltərə Premyer Liqası bu gün bərpa olunub.
 
Matc.az xəbər verir ki, 100 günlük fasilədən sonra çempionatın 28-ci turundan təxirə salınmış oyunlar keçirilib.
 
Premyer Liqa "Aston Villa" – "Şeffild Yunayted" matçıyla bərpa olunub. Autsayderlər qrupunda yer alan meydan sahibləri bu matçda qalib gələrək, təhlükəli zonadan uzaqlaşmaq şansına malik olsa da, qarşılaşma qosluz başa çatıb.
 
Digər görüş isə Mançesterdə keçirilib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Mançester Siti" "Arsenal"ı qəbul edib və rəqibini darmadağınla yola salıb.
 
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.
 
İngiltərə Premyer Liqası
28-ci tur
17 iyun
 
Aston Villa – Şeffild Yunayted 0:0
 
Mançester Siti – Arsenal 3:0
Qol: Sterlinq, 45+2. De Breyne, 51-pen. Foden, 90+1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest