çexiya gənclər liqasında XVII tura start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycanın U-21 yığmasının üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" açılış oyununda meydana çıxıb.

Praqa təmsilçisi doğma azarkeşləri önündə "Yablonets"i qəbul edib. Bol qollu keçən qarşılaşmada "Slaviya" 4:2 hesablı qələbəyə sevinib. Ev sahiblərinin ilk qoluna 26-cı dəqiqədə məhz Nəbiyev imza atıb. Həmyerlimiz 90-cı dəqiqədə yerini David Matsaçekə verib.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 20-yə çatdıran "Slaviya" 10-cu pillədəki mövqeyini qoruyub və "Yablonets"dən bir qədər də uzaqlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest