Türkiyənin "Beşiktaş" klubu portuqaliyalı legioneri Pedro Reboşo ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Mövsümün əvvəlində Fransanın "Genqam" klubundan icarəyə götürülən sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanmışdı. Artıq həmin müqavilənin müddəti bitdiyi üçün tərəflər qarşılıqlı razılıq əsasında anlaşmanı yeniləməməyə qərar veriblər və Reboşo məxsus olduğu Fransa klubuna qayıdıb. Artıq o, "Beşiktaş"ın futbolçu və məşqçi heyəti ilə vidalaşıb və tezliklə Türkiyəni tərk edəcək.
 
Reboşo bu mövsüm "Beşiktaş"da 17 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest