İspaniyanın "Selta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa klubu elitanın digər təmsilçisi "Sevilya"dan Nolitonu (Manuel Aqudo Duran) transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı hücumçu ilə müddəti 2022-ci ilin yayında başa çatacaq müqavilə imzalanıb.
 
"Selta" bu transferi İspaniyadakı "xüsusi icazə" sayəsində gerçəkləşdirib. Belə ki, hansısa aparıcı futbolçusu zədələn klub digər rəqiblərindən istədiyi oyunçunu heyətinə qatmaq haqqı əldə edir. "Selta" da qapıçısı Serxio Alvaresin zədələnməsini əsas gətirərək, Nolitonu transfer edib.
 
İspaniyalı futbolçu 2013-2016-cı illər aralığında da "Selta"da çıxış edib. Mövsümün qalan hissəsində bu komandanın uğurları üçün çalışmaq şansına malik olan təcrübəli forvard 3 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest