İtaliyanın "Roma" klubu idman direktoru Canluka Petrakini vəzifəsindən kənarlaşdırıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Onun səlahiyyətləri müvəqqəti olaraq baş direktor Qvido Fienqaya həvalə olunub. Petrakinin qovulmasının səbəbləri açıqlanmayıb.
 
İtaliya mətbuatı isə bu hadisəyə onunla klub prezidenti Ceyms Pallotta arasında yaranmış qalmaqalın səbəb olduğunu iddia edir. 51 yaşlı mütəxəssis 2019-cu ilin iyunundan "Roma"da çalışırdı. Onun klubla 2022-ci ilə qədər müqaviləsi var. Hazırda klub rəhbərliyi Petraki ilə müqaviləyə xitam vermək üçün yollar axtarır ki, bu müddət ərzində ona çalışmadığı halda məvacib ödəməsin. Klubun yeni idman direktorunun isə "Roma"da menecer kimi fəaliyyət göstərən Morqan De Sanktis olacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest