Fransanın "Sent-Etyen" klubunun futbolçuları və işçiləri koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, testlərdə 5 nəfərin nəticəsi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, yoluxanlardan 3-ü futbolçudur. Nəticəsi müsbət çıxan şəxslərin adı açıqlanmayıb. Həmin şəxslər karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest