İngiltərə Premyer Liqasının 30-cu turunda "Everton"la qarşılaşacaq "Liverpul" bu matça itkilərlə çıxa bilər.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızılar"ın müdafiəçisi Endi Robertson və hücumçusu Məhəmməd Salahın bu oyunda iştirakı sual altındadır.
 
Buna səbəb, futbolçuların fiziki cəhətdən hazır olmamasıdır. Koronavirus səbəbiylə yaranan uzun fasilədən sonra onların fiziki formalarını tam bərpa edə bilmədikləri bildirilir.
 
"Everton" – "Liverpul" oyunu iyunun 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest