MLS-də çıxış edən iki klubda koronavirusa yoluxma halı qeydə alınıb.
 
Matc.az xəbər verir ki, "Atalanta Yunayted" və "İnter Mayami" klublarının futbolçularında koronavirus aşkarlanıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
Klubların koronavirus testindən keçdiyi və sözügedən komandaların hərəsində bir futbolçunun nəticəsinin pozitiv olduğu bildirilib. Həmin futbolçuların adları açıqlanmayıb. Virusa yoluxmuş şəxslər karantinə alınıb.
 
MLS koronavirus səbəbiylə martdan dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest