"Barselona" ilə sabiq futbolçusu Neymar arasında məhkəmə prosesi İspaniya klubunun xeyrinə başa çatıb.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, məhkəmə hazırda Fransa PSJ-sində çıxış edən braziliyalı hücumçunun sabiq klubuna qarşı 43,6 milyon avroluq mükafat tələbəni rədd edib. üstəlik, 28 yaşlı forvard qarşı tərəfə 6,7 milyon avro təzminat ödəyəcək.
 
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. Lakin o, Kataloniya klubu ilə müqaviləsindəki bonusları almadığına dair iddia ilə məhkəməyə üz tutmuşdu. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest