Fransa hökuməti koronavirus səbəbiylə ölkədə dayandırılan idman yarışları ilə bağlı yeni qərarlar qəbul edib.
 
Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, yeni qərarlara görə, iyulun 11-dən bütün təhlükəsizlik qaydalarına riayət etməklə, kollektiv idman növlərinin keçirilməsinə icazə veriləcək. 
 
Amma fərdi idman növlərindəki qadağa davam edəcək. Bundan başqa, bu mərhələdə stadionlara 5 min nəfərə qədər azarkeşin daxil olmasına da icazə veriləcək. Növbəti mərhələlərdə vəziyyətə uyğun olaraq bu say artırılacaq.
 
Koronavirus səbəbiylə dayandırılan Fransa Liqa 1-i erkən başa çatdırılmış və PSJ cari mövsümün çempionu elan edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest