İspaniyanın "Betis" klubu baş məşqçisi Rubi ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Betis" La Liqanın 30-cu turunun "Atletik"lə səfər matçından (0:1) sonra Rubini istefaya göndərib.
Sözügedən komandanı mövsümün sonuna qədər müvəqqəti olaraq Aleksis Truxilyo çalışdıracaq.
Geridə qalan 30 oyunda 34 xal toplayan "Betis" La Liqada 20 iştirakçı arasında 14-cü sıradadı.