Almaniya Futbol Liqası "Union Berlin" klubunu və iki futbolçusunu cəzalandırıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.
 
Klubun cəzalanmasına Bundesliqanın 32-ci turunda "Paderborn"u məğlub etdikdən (1:0) sonra komanda üzvlərinin qələbəni küçədə azarkeşlərlə qeyd etməsi səbəb olub.
 
"Union Berlin"in iki futbolçusu – Kristofer Trimmel və Şeraldo Bekker də cəzalandırılıb. Hər iki futbolçu koronavirus testi verəcək və nəticə mənfi olduqda, komandaya qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest