Rusiyanın "Dinamo" (Moskva) klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Açıqlamada, Şarl Kabore, Sebastyan Şimanski və Klinton Njinin koronavirusa yoluxduğu bildirilib. Futbolçular komandadan ayrılaraq, karantinə alınıblar.
 
Rusiya Premyer Liqası rəhbərliyi bu gün keçirilməli olan "Krasnodar" – "Dinamo" matçını təxirə salıb. Qarşılaşma iyulun 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest