Futbol üzrə Bolqarıstan çempionatında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Ludoqorets" mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
Sözügedən komanda 27-ci tur çərçivəsində doğma meydanda "Beroe" ilə qarşılaşıb. 2:1 hesablı qələbə qazanan "Ludoqorets" xallarının sayını 65-ə çatdırıb və Sofiya çSKA-sı (51) ilə "Levski" (50) üçün əlçatmaz olub.
 
Qeyd edək ki, "Ludoqorets" bu çempionluğu məğlubiyyətsiz qazanıb. Bu, Razqard klubunun ardıcıl 9-cu çempionluğudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest