Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi yarımmüdafiəçi Morqan Şneyderlini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə hazırda İngiltərənin "Everton" klubunun formasını geyinən 30 yaşlı futbolçu ilə bütün məsələlərdə razılıq əldə olunduğu diqqətə çatdırılıb. Şneyderlin tezliklə "Nitsa"da tibbi baxışdan keçəcək və rəsmi müqaviləyə imza atacaq.
 
Şneyderlin "Everton"a 2017-ci ildə 22 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"dən transfer olunub. O, Premyer Liqa təmsilçisində bu mövsüm cəmi 18 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest