Fransanın PSJ klubunun kollektivi koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Testlər nəticəsində 3 futbolçunun daha öncə koronavirusa yoluxduğu müəyyənləşib. Onlar artıq tam sağalıblar. Futbolçulardan əlavə, məşqçilər korpusunda da bir nəfər daha öncə koronavirusa yoluxub və sağalıb. Hazırda həmin şəxslərdən heç biri virus daşıyıcısı olmadığına görə, məşqlərdə iştirak edə bilirlər.
 
Qeyd edək ki, PSJ koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılan Fransa çempionatının 2019/20 mövsümünün qalibi elan olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest